Berlinə uzunmüddətli səfərimlə əlaqədar olaraq qərara aldım ki, bu şəhərin IMG_5034görkəmli memarlıq abidələri və muzeyləri barədə ayrıca bir rubrika yaradım. Təbii ki, bundan başqa burada digər şəhərlər barədə də söhbət açacam, lakin zamanı gəldikdə. İndi isə Berlin…

Berlində onlarla muzey var ki, bunların hamısı UNESCO-nun qızıl fonduna daxildi. Daha kiçik muzeylər də var. Bu kiçik muzeylərin yanından keçdiyiniz zaman heç deməzsiniz ki bura müzeydir. Muzeylərin kolleksiyalarından başqa, muzeylərin yerləşdiyi binalar da maraqlıdır, və bu səbəbdən bu mövzu xüsusi diqqətimizin mərkəzində olacaq.

Ziyarət etmək istədiyim ilk muzey Berlin Müasir İncəsənət, Foto və Memarlıq IMG_5019Muzeyi idi. Muzeyin binası müasir üslubda tikilib. Muzeyə gəldiyim zaman məyus olaraq örgəndim ki, hal-hazırda muzey restavrasiya işləri səbəbindən bağlıdır. Muzeyin həyəti tikinti materialları ilə dolu idi, rəsmlər, fotolar və digər eksponatlar isə digər yerə köçürülmüşlərdi. Beləliklə, qalereyanı görə bilməsəm də, özümdə olan məlumat əsasında istədim ki sizə muzey haqqında qısaca yazım. Yeri gəlmişkən, restavrasiya işləri mayın sonunda bitəcək, və ümid edirəm ki, o zaman artıq oraya getməmə heç bir şey əngəl olmayacaq.

Burada, Yəhudi Muzeyinin yanında həmçinin Berlin Qalereyası da yerləşir – Berlinin Kroysberq adlanan rayonunun Alte Yakobştrasse küçəsində. Bina 1980-cı illərdə Beynəlxalq İnşaat Sərgisinə hazırlıq işləri çərçivəsində tikilmişdir.

İlk olaraq 1975-ci ildə Berlində yaşayan rəssamların və heykəltəraşların işlərini IMG_5038nümahiş etdirmə məqsədilə sərgi ittifaqı təsis edilmişdir. Bu ittifaqın sərgi sahəsi ilkin mərhələdə Berlinin Şarlottenburq rayonunda yerləşirdi. İttifaqın bürosu da elə orada idi. Sərgilər həmçinin Berlin İncəsənət Akademiyasının zallarında və Yeni Milli Qalereyada da keçirilirdi.

1978-ci ildə şəhərin mərkəzində, “Zoologische Garten” stansiyası yaxınlığındakı Fotoqrafiya Muzeyində də sərgilər keçirilməyə başladı. 1986-cı ildə isə qalereya “Martin Qropius Evi” adlanan yerə köçürülmüşdür. Hazırkı bina isə, yəni Alte Yakobştrasse ünvanındakı yer, 2004-cü ildə qalereyaya verilmişdir.

Muzeyin əsasını 1956-cə ildə inşa edilmiş kompleks təşkil edir. Əvvəl bu tikili IMG_5037şüşə anbarı kimi istifadə olunurdu. Anbar 11 metr hündürlüyündə olan kub formalı zaldan ibarət idi və 60 kv metrlik sahəyə malik idi. Memar Yorq Frike Berlin qalereyası ilə birlikdə müxtəlif layihələr həyata keçirirdi və binanın 22 oktyabr 2004-cü il tarixində açılışı da bu layihələrdən biri oldu. İnşaat işləri bir il sürdü, büdcə isə 18,7 milyon Avro Təşkil edirdi. Lakin qeyd olunmalıdır ki, göstərilən məbləğə mövcud sahənin maksimal şəkildə funksional olması üçün aparılan işlərin xərcləri daxil deyil. Bu işlərin əsas məqsədi o idi ki, daxili quruluş nümahiş olunan incəsənət əsərlərinin bütün gözəlliyini tam şəkildə görməyə imkan yaratsın. Qarşıya qoyulan məqsədə antresolun qismən açıq olmasl vasitəsilə nail olunmuşdur.

Müxtəlif zallarda hündürlük 3,5 metrdən (yuxarı mərtəbə) 6 metrə (antresolun altındakı mərtəbə)və 10 metrə (zalın ən hündür nöqtəsi) qədər fərqlənə bilər. Əlillər üçün xüsusi liftlərdən başqa, yuxarı mərtəbəyə iki pilləkən vasitəsilə qalxmaq olar. Bu pilləkənlər sahəni diaqonal istiqamətdə kəsirlər.

Yuxarı mərtəbədə əsasən bütöv divarların olmaması müşahidə olunur. İdeya IMG_5036ondan ibarətdir ki, sərgilərin tam şəkildə nümahiş olunması və ya inventarizasiyası üçün sahə müxtəlif formalar alsın və divarlar çevik və yer/forma dəyişən olsunlar.

Konfrans zalının sahəsi 280 kv metrdir, və 234 oturaq yerə malikdir. Zala həm sərgi sahəsi, həm də əsas girişdən daxil olmaq olar. Zal açılış mərasimləri, dərslər, müzakirə toplantıları və s. üçün istifadə oluna bilər. Həmçinin icarəyə də verilir. Lazım gələrsə, bu zal əlavə sərgi zalı kimi də istifadə oluna bilər.

Eberhard Roters zalı

«Förderverein Berlinische Galerie» xeyriyyə təşkilatının dəstəyi səyəsində 280 kv metr sahəsində əlavə bir sərgi zalı tikilmişdir. Burada rəsm əsərləri və qravüralar nümahiş edilir, fotosərgilər və memarlıq eskizlərinin nümahişi keçirilir. Həmçicin bu zalda sərgi kabinetində baş verən dəyişikliklərlə də tanış olmaq olar.

Tədqiqat zalı

Ön binanın yuxarı mərtəbəsində tədqiqat zalı yerləşir. Burada sənədlər üzərində iş aparılır, arxivlər araşdırılır.

Ofis/Yaradıcılıq zalı/ Kafe “Diks”

Ofis girişin yanındadır, onun üstündə, ikinci mərtəbədə yerləşir. Birinci IMG_5035mərtəbədə isə “Müzey Gəncləri” və “Bunter Jakob” atelyesi yerləşirlər. Burada əsasən gənclər üçün yaradıcılıq tədbirləri keçirilir. Kafe “Diks” də birinci mərtəbədədir, muzeyin iş saatlarından kənar vaxtlarda da açıqdır.

Sonunda onu da qeyd edim ki, qalereyanın ən ilk eksponatları 1870-ci ilə ayiddirlər. “Rəssamlıq” bölməsində Maks Liberman, Lovis Kovint, Otto Diks, Qeorq Qross, Xanna Xöx, Qeorq Bazelits, Volf Fostel, Ursula Saks və digərlərin işləri nümahiş olunurlar.

 

Linklər:

http://de.wikipedia.org/wiki/Berlinische_Galerie

http://www.berlinischegalerie.de/en/museum-berlin/building/

 

 

Advertisements