1873-cü ildə Şamaxı şəhərində dünyaya göz açan Zivər bəy ilk təhsilini də orda almışdır. Atası Şamaxı quberniyasında xırda məmur olaraq çalışırdı. Anasının yerli bəylərdən birinin qızı olduğu haqda məlumatlar verilir. Uşaqlıqdan musiqiyə xüsusən də rəsmə böyük maraq göstərən Zivər bəyi atası əvvəlcə yerli molla məktəbinə versə də 1 il sonra onu ordan çıxararaq bir müddət Bakıda fəaliyyət göstərən elitar gimnaziyaya yola salır.

Gimnaziyada dövrünün böyük alimlərini mütaliə edən Zivər bəy çox keçmir ki, ən parlaq tələbəyə çevrilir. 1893-cü ildə o “əlaçı tələbə” statusu ilə Peterburq İnşaat Universitetinə göndərilir. Universitet o zamankı şəhər intelligensiyasının uşaqlarının oxuduğu bir mərkəz idi. əvvəlcə fransız sonra da alman dillərini mükəmməl öyrənən Zivər bəy maarifçi tələbə kimi ad qazanır.

Ilk ilində oxuduğu müəssisədə gənclər üçün xüsusi qəzet təsis edir,yaradıcılıq dərnəyinin əsasını qoyur. Zivər bəyin qismətinə Azərbaycanın ilk ali təhsilli memarı olmaq yazılmışdı. Uzun müddət universitetdə parlaq fəaliyyət nəticəsində o imperatorun himayəsində fəaliyyət göstərən Rusiya Memarlıq ve Zərif sənətlər İttifaqının ən gənc üzvü seçilir. 2 ildən sonra həmin ittifaqın idarə heyətində yer alır.

Universitetdə ikən o Peterburqda Həsən bəy Zərdabi və İsmayıl bəy Qaspiralı ilə şəxsən tanış olur . Zivər bəyin işinə böyük qiymət verən Həsən bəy onun Bakıda fəaliyyətinin zəruriliyini qeyd edir. Həsən bəyə yazdığı məktubda deyilir :

—      Sizinlə olan görüşüm hələ də xatirimdədir. Mənə vermiş olduğunu töhfəni əsla unutmayacam və inanıram ki, siz zati-aliləri ilə ən qısa zamanda görüşəcəyik.

Ali 1902-ci ildə təhsilini başa vurduqdan sonra Zivər bəy Bakıya təyinat alır.1910-cu ildən Bakı şəhərində yaşayıb.Buranın qubernatorunun qəbuluna gələn Zivər bəy yenicə başlanılan abadlıq işlərinə nəzarətçi təyin edilir. Həmin vaxt Bakı sənayesi ən tez böyüyən şəhər kimi tanınırdı. Imperiya Bakıya böyük önəm verdiyi üçün onun intelligensiyası üçün hər tərəfli şəraitin qurulmasına diqqət yetirirdi.  1902-1917-ci illərdə Z.Əhmədbəyov Bakı Quberniyasının İdarəsində, sonra isə Bakı şəhər idarəsində memar işləmişdir. Azərbaycan Xalq Cumhuriyyəti  elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olub. 1922-ci ilə kimi Bakı şəhərinin baş memarı olmuşdur. Şamaxıda Cümə məscidinin, İmam məscidinin, Bakıda Təzə Pir məscidinin Əmircanda Murtuza Muxtarov məscidinin (1908) (məscidi Kərbəlayi Əhməd tikib ) və Vladiqafqazda bir sıra yaşayış, məişət binaları onun layihəsilə tikilmişdir.

Əmircanda layihəsini verdiyi məscid isə Şərq memarlığının ən yaxşı incilərindən biri kimi UNESCO-nun tarixi abidələr siyahısına salınaraq qorunur.

Zivər bəyin öz işlərində Qərbi Avropa üslubuna meyilli olması o zamankı memarlıq sənətində innovasiya kimi qəbul edilməyə başladı. Tikilən binaların xüsusi naxışları və ornamentləri qubernatoru belə təəccübləndirir. Belə ki, Zivər bəy sonradan Bakı qubernatorlarının və elita təbəqəsinin şəxsi malikanələrinin memarına çevrilir.

Bakıda Oftalmologiya institutunun binası və onun layihəsilə tikilən bir sıra yaşayış binaları bu gün də göz oxşayır.

1917-ci ildə Z.Əhmədbəyov “İslam mədəniyyət abidələrini qoruyan“, 1919-cu ildə isə Şamaxıda mədəniyyət abidələrinin öyrənilməsi ilə məşğul olan “Yeni Şirvan” cəmiyyətlərini yaradır.

Zivər bəyin ailə həyatı haqqında çox az məlumat mövcuddur. Çar arxivləri onun 26 yaşında Zərifə xanım adlı tatar əsilli bəy qızı ilə ailə həyatı qurduğunu yazır. Zərifə xanımdan bir qızı və bir oğlu olur. Oğlu Cəlil Almaniyada tibb təhsili görür. Onun sonrakı taleyi haqqında heç bir məlumat yoxdur. Qızı Nailə xanım qızlar gimnaziyasından məzun olduqdan sonra Bakı kəndlərinin birində müəlliməlik edir və Cavanşır nəslindən (Qarabağ xanları) bir bəylə ailə həyatı qurur.

Zivər bəy Əhmədbəyox 1925-ci ildə Bakıda vəfat etmişdir.

26 may 2011-ci ildə Bakıda «Nizami» metro stansiyası qarşısında Zivər bəy Əhmədbəyovun heykəlinin və onun adını daşıyan parkın açılışı olub. Parkla üzbəüz bina Zivər bəy Əhmədbəyovun layihəsi əsasında inşa edilib.

Onun Bakıdaki işləri:

Təzə-pir məsçidi(1905-1914)

«Saadət»məktəbi( 1912-1913)

«Ittifak» məsçidi(1912-1913)

Mixaylov xəstəxanasının korpusu(1912-1913)

Uşaq xəstəxanası( 1914 — 1918)

Yaşayış binası(1914-1916)

Məlumat mənbəyi:

Fuad Şahbazov

Moskva Dövlət Əlyazmalar İnstitutu, 2010-cu il

Реклама